Kitab haqqında

Qəhrəmanlıq dastanı

Qəhrəmanlıq dastanı

Sərlövhə:
Qəhrəmanlıq dastanı
Müəllif:
Çobanov Mədəd
Nəşr ili:
2000
Annotasiya:
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu monoqrafiyanın birinci hissəsində "Kitabi-Dədə Qorqud" dastanının yaranması tarixinə dair mülahizələrlə yanaşı, Qalın Oğuz elinin dövlətçilik ənənələri, onun divanı və müşavirliyi, dövlət atributları, hərbi marşları, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və ya casusluq təcrübəsi və s. "Kitabi Dədəm Qorqud ala lisani taifeyi Oğuzan" dastanının mətnləri əsasında təhlil olunmuşdur. Monoqrafiyanın "Borçalıda Dədə Qorqud izləri" adlanan ikinci hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr gürcü mənbələri və Borçalının qədim toponimləri əsasında geniş şəkildə işıqlandırılmışdır. Üçüncü hissədə "Kitabi-Dədə Qorqud" şəcərələri və dördüncü hissədə "Dədə-Qorqud"da şəxs adları"nın lüğəti verilmişdir.

Biblioqrafik təsvir

Çobanov, Mədəd Namaz oğlu. Qəhrəmanlıq dastanı: monoqrafiya / M. N. Çobanov, M. M. Çobanlı; red.: N. M. Xudiyev, N. Q. Cəfərov.- Bakı: "Təhsil" Mərkəzi, 2000.- 112 s.