Kitab haqqında

İnkişaf - məqsədimizdir

İnkişaf - məqsədimizdir

Sərlövhə:
İnkişaf - məqsədimizdir
Müəllif:
Əliyev İlham
Nəşr ili:
2015
Cild:
26
Annotasiya:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf–məqsədimizdir" çoxcildliyinin bu cildində Vilnüsdə "Energetika Sahəsində Təhlükəsizliyə dair" konfransda və Azərbaycan–Xorvatiya biznes-forumunda çıxışı, GUAM-ın üzv ölkələrinin dövlət başçılarının bu təşkilatın yaranmasının 10 illiyinə həsr olunmuş görüşdə nitqi verilmişdir. Kitabda prezident İlham Əliyevin Litvaya rəsmi, Rumıniya, Tacikistan və İrana işgüzar səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, ölkələrimiz arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə, eyni zamanda, Bakıya rəsmi səfərə gəlmiş Xorvatiya prezidenti Stepan Mesiç və Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə əl-Tani və onların başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar dərc olunmuşdur. Burada regionların sosial inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına səfəri, Naxçıvanın sosial, iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları, nitqləri öz əksini tapmışdır. Bu cilddə, həmçinin Bakıya səfərə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri və s. yer almışdır.

Biblioqrafik təsvir

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyənatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev 
26-cı kitab: avqust 2007 - oktyabr 2007.- Bakı: Azərnəşr, 2015.- 400 s.