Qurban Səid imzasıyla çap olunmuş, dünya bestsellerinə çevrilmiş "Əli və Nino" romanı neçə illərdir ki, bitib-tükənməyən mübahisələrin mövzusudur. Yusif Vəzir Çəmənzəminlinin zəngin və faciəli həyatı, Lev Nussimbaum və Muhəmməd Əsədin ömür yolu, "Əli və Nino" romanının macəralarla dolu taleyi haqqında bu roman-xronika həmin sirri ortaya çıxarmaq yolunda daha bir maraqlı cəhddir.
Biblioqrafik təsvir
Əbdülrəhmanlı, Nəriman Hacı oğlu. Qurban: Yüzilin "Əli və Nino" əfsanəsi: roman-xronika / N. H. Əbdülrəhmanlı; red. T. Yolçu.- Bakı: Qanun, 2014.- 604 s.