Kitab XX əsrin əvvəllərində şərqdə ilkin olaraq müstəqilliyini əldə etmiş və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin hərbi müdafiəsinin təşkili problemlərinə həsr olunmuşdur. Ölkənin hərb tarixi üçün xüsusi əhəmiyyət kəsb edən Osmanlı Türkiyəsi ilə hərbi əməkdaşlıq və bunun nəticəsi kimi Qafqaz İslam Ordusunun təşkili, bu Ordunun mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın istiqlaliyyəti uğrunda fəaliyyəti kitabda geniş şəkildə araşdırılmışdır.
Biblioqrafik təsvir
Süleymanov, Mehman Sirac oğlu. Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi / M. S. Süleymanov; elmi red. P. Q. Darabadi; rəy. N. Ə. Maksvell I cild.- Tehran: Firuzan, 2014.- 760 s.