Monoqrafiyada aqrar sahənin innovativ inkişaf problemləri araşdırılmışdır. Burada innovasiya fəaliyyətinin təşkili və idarə edilməsinin nəzəri-metodoloji aspektləri şərh edilmiş, statistik məlumatlar əsasında həmin sahənin inkişafini xarakterizə edən göstəricilər təhlil edilib qiymətləndirilmişdir. Aqrar sahədə vacib olan innovasiya infrastrukturunun xarakterik xüsusiyyətləri və əhəmiyyəti, həmçinin həmin sahədə ixtisaslı kadr hazırlığının genişləndirilməsinin zəruriliyi göstərilmiş, aqrar sektorun innovasiya-investisiya strategiyası və aqrar-sənaye kompleksinin idarəetmə sisteminin təkmilləşdirilməsinə dair yeni elmi yanaşmalar işlənilmişdir.
Biblioqrafik təsvir
Hüseynov, Möhübbət Musa oğlu. Aqrar sferanın innovativ inkişafı problemləri: monoqrafiya / M. M. Hüseynov; elmi red. E. A. Quliyev; Azərbaycan Kooperasiya Universiteti.- Bakı: Kooperasiya nəşriyyatı, 2023.- 304 s.