Yazar milli kimlik fenomeninin tarixi inkişaf yolunu əhatəli şəkildə tədqiq edərək, Azərbaycan türklərinin keçmişi və bu günü arasında obyektiv bir bağ qurmuşdur. Tarixə yönəlik tədqiqatlarda yalnış metodologiyadan qurtulmaq üçün müəllif iki istiqamətin daha obyektiv araşdırılmasını nəzərdə tutur: birincisi, Azərbaycan türklərinin ümumtürk tarixi kontekstində bilavasitə əraziyə indeksli olmayan etnik tarixinin obyektiv tədqiq olunması; ikincisi, tarixin qədimliyinin deyil, bu günümüz üçün faydalı məqamların axtarışına üstünlük verilməsi.
Biblioqrafik təsvir
Mustafa, Fazil. Azərbaycanda türk kimliyi və saxta tarix problemi / F. Mustafa; red. C. Cabbaroğlu.- Bakı: Nurlar NPM, 2014.- 664 s.