Kitab haqqında

Kimya mühəndisliyinin müasir problemləri

Kimya mühəndisliyinin müasir problemləri

Sərlövhə:
Kimya mühəndisliyinin müasir problemləri
Müəllif:
Məmmədova Nigar
Nəşr ili:
2019
Annotasiya:
Kimya və neft-kimya sənayesi üçün bir sıra praktiki əhəmiyyətli məhsulların alınması, neft emalı sənayesinin inkişaf tarixi, yüksək keyfiyyətli mühərrik yanacaqlarının istehsalı, neft emalı sənayesində ekoloji problemləri, alternativ xammal bazasının xarakteristikası və təsnifatı, polimerlər haqqında ümumi məlumatlar və istehsal prosesləri istiqamətində geniş material tərtib edilmişdir. Dərs vəsaitində neft emalının yanacaq və yağ variantları, neft emalı zavodlarının layihələndirilməsi prinsipləri, kerosin fraksiasının hidroaromatsızlaşdırılması, hidrokrekinq prosesi, yanacaq və qeyri-yanacaq məhsullarının alınması üçün qudronun emalı, alternativ xammallar əsasında yanacaqların alınması mövzuları geniş şərh edilmişdir.

Biblioqrafik təsvir

Məmmədova, Nigar Əziz qızı. Kimya mühəndisliyinin müasir problemləri: dərs vəsaiti / N. Ə. Məmmədova, E. Ə. Hüseynova, S. Ə. Məmmədxanova; red. K. Y. Əcəmov; Azərbaycan Dövlət Neft və Sənaye Universiteti.- Bakı: ADNA, 2019.- 219 s.