Dərslik "Metrologiya, standartlaşdırma və sertifikasiya" ixtisası üzrə bakalavr hazırlayan ali məktəblər üçün təsdiq olunmuş tədris proqramına uyğun tərtib edilmişdir. Kitabda sertifikatlaşdırma və onun inkişaf tarixi haqqında məlumatlar verilir. Sertifikatlaşdırmanın aparılma qaydaları və tətbiq sahələri, sertifikatlaşdırma sistemi və sxemləri, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiyanın məqsədləri və prinsipləri, iqtisadiyyat sahəsi üzrə sertifikatlaşdırma, keyfiyyət sistemlərinin sertifikatlaşdırılması, xidmətlərin sertifikatlaşdırılması, beynəlxalq və xarici ölkələrdə sertifikatlaşdırma, xarici ölkələrdə akkreditasiya, sertifikatlaşdırma sahəsində İSO-nun və digər beynəlxalq təşkilatların fəaliyyəti geniş şərh olunur.
Biblioqrafik təsvir
Aslanov, Zabit Yunus oğlu. Sertifikatlaşdırmanın əsasları: dərslik / Z. Y. Aslanov, M. S. Zeynalova; red. Z. Y. Aslanov; Azərbaycan Dövlət İqtisad Universiteti.- Bakı: İqtisad Universiteti nəşriyyatı, 2018.- 280 s.