Kitab haqqında

Türk-azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları

Türk-azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları

Sərlövhə:
Türk-azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları
Müəllif:
Əlibəyzadə Elməddin
Nəşr ili:
2007
Annotasiya:
Müəllif bu əsərdə qədim ortaq türk bədii düşüncəsinin ilkin qaynaqlarını araşdırır. Şumer-türk bədii düşüncəsinin doğuluşu və inkişafı məsələlərini tədqiqata cəlb edir. Əsərdə türk-azərbaycan ağı, atalar sözləri və məsəllər, müdrik kəlamlar, təmsil, hekayə, münazirə və dastan janrlarının yaranması və inkişaf yolları izlənilir. Qədim zəngin Şumer ədəbi-bədii düşüncəsilə türk-azərbaycan mənəvi aləminin bağlıllığı, bir kökdən doğulduğu fikri əsaslandırılır. Xüsusilə dünya ədəbiyyatı ilk dastan yaradıcılığının məhsulu olan "Bilqamıs", "Enmerkar və Aratta hökmdarı" əsərlərinin təqdimi və təhlili ön plana çəkilir, türk-azərbaycan ədəbiyyatı tarixinin bu əsərlərlə başlandığı, bu kök üzərində inkişaf etdiyi fikri təsdiq olunur.

Biblioqrafik təsvir

Əlibəyzadə, Elməddin Məhərrəm oğlu. Türk-azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları / E. M. Əlibəyzadə; elmi red. V. Osmanlı.- Bakı: Elm, 2007.- 188 s.