Kitab süni intellekt elminin nəzəri-metodoloji əsasları ilə onun praktik tətbiqlərinin inteqrasiyasına həsr olunmuşdur. Əsərdə süni intellekt anlayışının tarixi inkişafı, nəzəri istiqamətləri və müxtəlif tətbiq mərhələləri geniş şəkildə təhlil olunur. Kitabın mühüm hissəsi süni intellekt metodlarının tibbi diaqnostikada, xüsusilə ultrasəs müayinəsi təsvirlərinin emali və analizi sahəsində tətbiqinə ayrılmışdır.
Biblioqrafik təsvir
Abdullayeva, Gülçin Gülhüseyn qızı. Süni intellekt və təsvirlərin tanınması: nəzəri və praktiki əsaslar / G. G. Abdullayeva, Ü. M. Əlizadə; elmi red. Ə. Abbasov; red. S. İmanova.- Bakı: Elm, 2026.- 264 s.