- Sərlövhə:
- Böyük siyasətin davamı
- Müəllif:
- Kazımlı Xanhüseyn
- Nəşr ili:
- 2015
- Cild:
- 7
- Annotasiya:
- "Böyük siyasətin davamı" çoxcildliyinin yeddinci cildi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyinin ücüncü ilinin önəmli hadisə və layihələrlə zəngin daha dörd ayının əhatəli xronikasını, həyata keçirilən yeniləşmə və tərəqqi siyasətinin gündəmlə səsləşən şərhini əhatə edir. Ulu öndərin ölməz siyasi-mənəvi irsini onun arzularınının daha da çiçəklənməsi amalına səfərbər etmiş Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, qisa müddətdə beynəlxalq aləmdə böyük nüfuz qazanmış bu humanitar qurumun rəhbəri Mehriban xanım Əliyevanın geniş xoşməramlı fəaliyyəti, onun simasında birinci xanım təsisatının ölkə rəhbərinin həyata keçirdiyi sabitlik, quruculuq və yüksəliş xəttinə sanballı ictimai dəstək qazandırılması da bu nəşrdə ardıcıl əksini tapmışdır.
Biblioqrafik təsvir
Kazımlı, Xanhüseyn Hüseynağa oğlu. Böyük siyasətin davamı / X. H. Kazımlı; red. Ə. M. Həsənov
VII cild: avqust- dekabr 2005.- Bakı: Nurlar NPM, 2015.- 708 s.