İki cilddən ibarət olan əsərin birinci cildində 1991-2003-cü illərdə Azərbaycan Respublikası siyasi tarixinin ən vacib problemləri tədqiq edilmişdir. Əsərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ərəfəsində SSRİ-nin daxili və beynəlxalq vəziyyətinin ümumi mənzərəsi; Ermənistandan azərbaycanlıların amansızcasına qovulması; Əsgəranda ilk qanın tökülməsi və s. mövzular verilmişdir. Kitab tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu - müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir.
Biblioqrafik təsvir
Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının tarixi: 1991-2021: 2 cilddə / M. C. Qasımlı; elmi red. İ. X. Zeynalov; Bakı Dövlət Universiteti. I cild: 1991-2003.- Bakı: BDU nəşriyyatı, 2021.- 384 s.