Kitabda Ulu öndər Heydər Əliyevin 1995-1997-ci illərdə M.F. Axundzadə adına Milli Kitabxanaya etdiyi dörd səfərindən və bu səfərlər zamanı kitab, mütaliə haqqında söylədiyi dahiyanə fikirlərdən, kitaba və kitabxanaçı əməyinə verdiyi yüksək dəyərdən geniş bəhs olunur. Kitabda həmçinin respublikamız üçün çox çətin günlərdə Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasının və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımların onun ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, kitab və kitabxana işi sahəsində Heydər Əliyevin ötən əsrin 90-cı illərində əsasını qoyduğu ənənələrin bugünkü təntənəsindən də söhbət açılır.
Biblioqrafik təsvir
Tahirov, Kərim Məhəmməd oğlu. Heydər Əliyev və Milli Kitabxana / K. M. Tahirov; elmi red. Ə. İsmayılova; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası.- Bakı: Şərq-Qərb, 2022.- 180 s.