Qeyri-adi süjet xətti, insanın iç dünyasının ən gizli, ən dərin qatlarına nüfuz etmək bacarıqı, yaratdığı obrazların "qəlbini oxumaq" qabiliyyəti onun novellalarının poetikasını səciyyələndirən əsas əlamətlərdir. Tarixi miniatürlərində isə o, ayrı-ayrı tarixi detalları, adi təfərrüatları deyil, bəşər keçmişinin həlledici anlarını, ölümlə həyat, məğlubiyyətlə zəfər təntənəsi arasındakı əzəli-əbədi mübarizəni ön plana çəkir, "başqa vaxtlarda diqqəti cəlb etmədən baş verən, lakin bircə gözqırpımında birləşərək həlledici ana çevrilən" hadisələri təsvir edir.
Biblioqrafik təsvir
Svayq, Ştefan. Novellalar. Tarixi miniatürlər / Ş. Svayq; alman dilindən tərc. V. T. Hacıyev.- Bakı: Qanun, 2014.- 300 s.