Monoqrafik araşdırmada müasir Azərbaycan şeirinin tanınmış simalarından biri olan Ağacəfər Həsənlinin yaradıcılığı bütöv halda təhlil və tədqiq hədəfi seçilir; poeziya, epik şeir, tərcümə və publisistika sahələrində nail olduğu səciyyəvi xüsusiyyətlər barədə əyani təsəvvür yaradılır, cari ədəbi proseslə, ayrı-ayrı şəxsiyyətlər, bədii fakt və hadisələrlə bağlı yazılarında seçilib fərqlənən məqamlar elmi-nəzəri münasibət müstəvisinə çıxarılır.
Biblioqrafik təsvir
Mirzəzadə, Qürbət Əlimirzə oğlu. Poetik düşüncənin özünəməxsusluğu: Ağacəfər Həsənlinin yaradıcılıq portreti: monoqrafiya / Q. Ə. Mirzəzadə; elmi red. Ş. H. Alışanlı.- Bakı: Gənclik, 2014.- 132 s.