Kitab haqqında

Seyid İmadəddin Nəsimi: həqq idi, həqqi dedi, həq söylədi

Seyid İmadəddin Nəsimi: həqq idi, həqqi dedi, həq söylədi

Sərlövhə:
Seyid İmadəddin Nəsimi: həqq idi, həqqi dedi, həq söylədi
Müəllif:
Cəlilli Şərəf
Nəşr ili:
2019
Annotasiya:
Kitabda Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni istiqamət verən, Azərbaycan türkcəsini dövrünün poeziya dili, ərəb və fars dili ilə eyni sıraya qoyan, anadilli fəlsəfi şeirin təməldaşına dönən, insanın zahiri və batını gözəlliyi, mənəvi zənginliyi, əzəməti ilə bağlı hürufılik təlimini mükəmməl örnəklərini yaradan, öz "Ənəlhəqq"ini müdhiş edamı, sarsılmaz iradəsi ilə belə gerçəyə çevirən, "Mən Ədəbiyyat üfüqlərində doğan Günəşəm" nidası ilə ruhumuzun huzur, qəlbimizin hüzür, günahımızın üzür yerinə, humanist prinsipləri, tolerant duyğuları ilə Şərqin və Qərbin ortaq dəyərinə çervilən böyük Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsimi Şirvaninin dünyasına ayna tutulur.

Biblioqrafik təsvir

Cəlilli, Şərəf. Seyid İmadəddin Nəsimi: həqq idi, həqqi dedi, həq söylədi / Ş. Cəlilli ; elmi red. N. Cəfərov; red. Ü. Abdullayeva; Türksoy - Uluslararası Türk Kültürü Teşkilatı, TÜRKPA - Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKAP - Türk Dünyası Kadın Platformu.- İstanbul: İmakofset, 2019.- 411 s.