Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yeni kitabı Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasi-zadənin 85 illik yubileyinə hədiyyə olaraq qələmə alınıb. Vaxtilə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləmiş müəllif A. Rasi-zadənin həyat və fəaliyyətinə dair bir sıra maraqlı məqamları, xarakterinin özəlliklərini, çoxşaxəli fəaliyyətindəki maraqlı epizodları publisistik düşüncələr şəklində qələmə almışdır.
Biblioqrafik təsvir
Əli, Akif. Salam, cənab Baş nazir...: Artur Rasi-zadə: portret cizgiləri / A. Əli.- Bakı: CBS-PP MMC, 2025.- 240 s.