Kitab haqqında

Nefrologiya

Nefrologiya

Sərlövhə:
Nefrologiya
Müəllif:
Ağayev Mehman
Nəşr ili:
2007
Annotasiya:
Kitabda nefroloji biliklərin müasir səviyyəsinə uyğun olaraq böyrək və sidik yollarının anatomo-funksional vəziyyəti, onların müayinə üsulları və böyrək xəstəlikləri zamanı müşahidə olunan əsas kliniki sindromlar verilmişdir. İfrazat sistemi orqanlarının əsas xəstəlikləri- qlomerulonefrit, sidik yollarının infeksiyaları, interstisial nefrit, böyrək vərəmi, polikistozu, şişləri, onların etiologiyası, patogenezi, klinikası, diaqnostikası və müalicəsi haqda müasir məlumatlar təqdim olunmuşdur. Eyni zamanda orqanizmin başqa orqanlarının patoloji prosesləri- şəkərli diabet, hamiləlik, sistem xəstəlikləri, amiloidoz zamanı böyrəklərin zədələnməsi, müasir kliniki-laborator diaqnostika və müalicə işıqlandırılmışdır.

Biblioqrafik təsvir

Ağayev, Mehman Məmmədrəhim oğlu. Nefrologiya / M. M. Ağayev.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2007.- 352 s.