Kitab haqqında

Türk Dövlətləri Birliyi

Türk Dövlətləri Birliyi

Sərlövhə:
Türk Dövlətləri Birliyi
Müəllif:
Feyziyev Cavanşir
Nəşr ili:
2013
Annotasiya:
Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə- Türk Dövlətləri Birliyinin yaradılması zərurətinə həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır. Eyni zamanda Türk Dövlətləri Birliyi ideyasının reallaşması müasir beynəlxalq siyasətin pozitiv dəyişikliklərini sürətləndirə bilən dönüşyaradıcı proses kimi əsaslandırılır. Müəllifin qənaətinə görə, türk xalqlarının milli-siyasi iradəsinin təzahürü olaraq gerçəkləşməkdə olan Türk Dövlətləri Birliyi Avrasiyanın yeni siyasi özünütəşkil potensialını üzə çıxarır.

Biblioqrafik təsvir

Feyziyev, Cavanşir Əyyub oğlu. Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli / C. Ə. Feyziyev; elmi red. F. Q. İsmayılov.- Bakı: Şərq-Qərb, 2013.- 312 s.