"Qloballaşma" anlayışı son onillərdə ən çox müraciət olunan və eşidilən ifadələrdən biri kimi ali təhsil sistemində yüksək səviyyəli mütəxəssis hazırlığı üzrə tədris proqramlarında müxtəlif aspektlərdə təhlil və şərh edilir. Bu nöqteyi-nəzərdən ən yeni tarix üçün səciyyəvi hesab olunan qloballaşma proseslərinin peşəkar tədqiqatçı Namiq Əliyevin kitabında hərtərəfli və çoxaspektli təhlil böyük maraq doğurur.
Əliyev, Namiq. Qloballaşma: yeni çağırışlar və həlləri: dərs vəsaiti / N. Əliyev; elmi red. V. Vəliyev; Azərbaycan Texniki Universiteti.- Bakı: Mütərcim, 2024.- 208 s.