Oxuculara təqdim olunan bu kitab Türkiyədə yaranan ədəbiyyat haqqında Azərbaycan oxucusunda mövcud olan təsəvvürləri dərinləşdirir və zənginləşdirir. Balkan türk ədəbiyyatını tanıtmaq sahəsində isə ilk və dəyərli bələdçi kimi mühüm əhəmiyyət kəsb edir. Türk dünyası ədəbiyyatının bütöv mənzərəsini canlandırmaq baxımından da əhəmiyyətli görünən bu kitab qardaş xalqların tarixi gedişatında və çağdaş həyatında yaşayan oxşar taleyə də gur işıq salır.
Biblioqrafik təsvir
Anadolu və Rumelidən əsintilər: almanax / tərt. İ. B. Erdi, V. Məmmədov.- Bakı: Şirvannəşr, 2006.- 120 s.