"Jurnalist olmaq istəyirsənsə..." adlı bu kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi eyni adlı layihə əsasında Ümumdünya Mətbuat Azadlığı Komitəsinin nəşri olan və Malkolm F. Melletin tərtibçiliyi və redaktorluğu altında çap edilən və ruscaya çevrilən "Mərkəzi və Şərqi Avropa ölkələrinin jurnalistləri üçün məlumat kitabı" adlı vəsaitdən tərcümə olunan və tərtibçi tərəfindən toplanıb əlavə edilən materiallar əsasında çap olunur. Həmin əlavələr jurnalistikanın mühüm nəzəri və praktik məsələlərindən, kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericilik sənədlərindən və jurnalistikaya dair digər zəruri materiallardan ibarətdir.
Biblioqrafik təsvir
Jurnalist olmaq istəyirsənsə: jurnalistlər üçün soraq kitabı / Beynəlxalq Avrasiya Mətbuat Fondu, Ümumdünya Mətbuat Azadlığı Komitəsi; tərc. Z. Balayev; tərt. T. Ə. Əhmədov; red. U. Mirzəyev.- Bakı: Nurlar NPM, 2004.- 200 s.