Kitabda qədim və zəngin tarixə malik türk dillərinin inkişaf mərhələləri geniş şəkildə araşdırılıb. Müəllif müxtəlif qaynaqlara istinad etməklə, lap qədimdən başlayaraq, müasir dövrə kimi türk dillərinin inkişaf prosesini izləmiş, keçdiyi inkişaf mərhələlərini konkret faktlar əsasında təhlil etmişdir. Türk dillərinin dialektlərinin leksik, fonetik, morfoloji və qrammatik xüsusiyyətləri diqqətçəkən bir səviyyədə tədqiq edilmişdir.
Biblioqrafik təsvir
Heyət, Cavad. Türk dilləri və ləhcələrinin tarixi / C. Heyət; fars dilindən tərc. R. Heyət; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. I kitab.- Bakı: Təhsil, 2011.- 352 s.