Kitab haqqında

Azərbaycan teatrı: 1873-1973

Azərbaycan teatrı: 1873-1973

Sərlövhə:
Azərbaycan teatrı: 1873-1973
Müəllif:
Cəfərov Cəfər
Nəşr ili:
2023
Annotasiya:
Cəfər Cəfərovun "Azərbaycan teatrı" kitabı ilk dəfə 1974-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən milli teatrımızın 100 illiyi münasibəti ilə "Azərnəşr"də çap edilmişdir. Azərbaycan teatrının 1873-1973-cü illər ərzində yüz illik tarixinin geniş, müfəssəl elmi mənzərəsini yaradan bu fundamental tədqiqat milli teatrşünaslığımızın inkişafında mühüm rol oynamışdır. Çap olunduğu gündən teatrsevərlərin masaüstü kitabına çevrilən, tədqiqatçıların ən çox istinad etdiyi "Azərbaycan teatrı" əsəri nəşrindən əlli ilə yaxın ötməsinə baxmayaraq bu gün də öz aktuallığını itirməmiş, elmi-təcrübi dəyərini və əhəmiyyətini qoruyub saxlamışdır. Kitabın yenidən və latın qrafikası ilə nəşr edilməsi zərurəti də buradan yaranmışdır. "Azərbaycan teatrı" əsəri çapa kitabın tərtibçisi, redaktoru və əlavələrin müəllifi görkəmli alim Yaşar Qarayevin olduğu 1974-cü il nəşri əsasında, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin əməkdaşları tərəfindən hazırlanmışdır. "Azərbaycan teatrı" monoqrafiyası da zamanının izlərini, müəyyən ideoloji xətaları özündə daşıyır. Kitabın yeni nəşrində müəllifin indiki dövrlə səsləşməyən fikirlərinə belə toxunulmamış, əsərin strukturu, dili, üslubu və terminologiyası qorunub saxlanmış, yalnız bəzi ifadə və faktlarla bağlı müəyyən izahlar verilmişdir.

Biblioqrafik təsvir

Cəfərov, Cəfər Haşım oğlu. Azərbaycan teatrı: 1873-1973 / C. H. Cəfərov; tərt.-red. Y. Qarayev; məsul red. V. Qafarov; AMEA Memarlıq və İncəsənət İnstitutu.- Bakı: Zərdabi Nəşr MMC, 2023.- 440 s.