- Sərlövhə:
- Əsərləri
- Müəllif:
- Kəminə Fatma xanım
- Nəşr ili:
- 2024
- Annotasiya:
- Kitabda XIX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri, Qarabağ ədəbi məktəbinin yetirməsi Fatma xanım Kəminənin həyatı və yaradıcılığı haqqında oçerk və şeirləri daxil edilmişdir. Şairin əsərləri müxtəlif mənbələrdən toplanaraq tutuşdurulmuş, götürüldüyü mənbələr göstərilməklə kitabda yerləşdirilmiş, hər şeirin sonunda izah və qeydlər, çətin anlaşılan sözlərin lüğəti verilmişdir. Tərtib prinsipi əsərlərin yazdığı janr və dilinə görə aparılmış, rədifli şeirlər rədifin, rədifi olmayanlar isə ilk misranın əvvəlindəki söz və ya ifadəyə uyğun olaraq adlandırılmışdır.
Biblioqrafik təsvir
Kəminə, Fatma xanım. Əsərləri: [qəzəllər, qoşmalar, şeirlər] / F. Kəminə; tərt., ön sözün müəl. T. Abdullayeva ; red. İ. Qəribli; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Apostrof-A, 2024.- 104 s.