- Sərlövhə:
- 10 sentyabr
- Müəllif:
- Məcid Rəşad
- Nəşr ili:
- 2004
- Annotasiya:
- Rəşad Məcid 80-90-cı illər ədəbi nəslinə mənsubdur. Yaradıcılığa şerlə başlayıb və 1993-cü ildə "Hələ ki vaxt var" adlı şer toplusu çap olunub. "10 sentyabr" isə son onilliyin payına düşən, eyni zamanda müəllifin indiyəqədərki əsas yaradıcılığını əhatə edən ilk böyük kitabıdır. Bu kitab oxuculara imkan verəcək ki, onlar Rəşad Məcidi yalnız şair kimi deyil, maraqlı nasir və publisist kimi də tanısınlar. Üstəgəl, son on beş ilin qeyri-stabil ictimai-siyasi və mənəvi atmosferi fonunda müəllifin cəmiyyətdə qazandığı ziyalı mövqeyini, şəxsiyyət tutumunu, nəhayət, yaradıcılığına verilən dəyəri əks etdirməsi "10 sentyabr" kitabını ənənəvi kitabçılıqdan fərqləndirən daha özəl bir məziyyətdir.
Biblioqrafik təsvir
Məcid, Rəşad. 10 sentyabr: hekayələr, şeirlər, məqalələr toplusu / R. Məcid; red., ön sözün müəl. B. Əlibəyli.- Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2004.- 408 s.