Kitab haqqında

Ququ yuvası üzərindən uçuş

Ququ yuvası üzərindən uçuş

Sərlövhə:
Ququ yuvası üzərindən uçuş
Müəllif:
Kizi Ken
Nəşr ili:
2018
Annotasiya:
Yazıçı Oreqondakı psixiatriya xəstəxanalarından birinin həyatsevər, asi pasiyenti Rəndl Patrik Makmörfi ilə amiranə baş tibb bacısı Rətçed arasında açıq toqquşmanı özünəməxsus, qeyri-adi təhkiyə ilə nəql edir. Makmörfinin baş tibb bacısı və onun qoruduğu qaydalarla mübarizəsi qısa zaman ərzində yüngül atışmadan ağır fəsadlara gətirib çıxaran amansız hakimiyyət çəkişməsinə çevrilir. Roman xəstəxanada hamının lal-kar bildiyi "Başçı" ləqəbli Bromdenin dilindən nəql olunur. Hindu əsilli Başçı bütün pasiyentləri həbsxana rejimində saxlayan inzibati sistemə qarşı çıxan Makmörfinin qəhrəmanlığını görür və anlayır. Ken Kizinin 1962-ci ildə nəşr edilmiş bu dağıdıcı romanı müasir ədəbiyyatımızda silinməz izlər buraxıb.

Biblioqrafik təsvir

Kizi, Ken. Ququ yuvası üzərindən uçuş: [roman] / K. Kizi ; ing. dilindən tərc. A. Mahmudov.- Bakı: TEAS Press, 2018.- 412 s.