Kitabda musiqi və onun nəzəri aspektləri, xalq musiqisinin janrları və mövcud nəzəri problemləri araşdırılır, peşəkar musiqi janrları ilə musiqi folklor janrları qarşılıqlı şəkildə təhlil edilir, muğam və aşıq folkloru sənətinin ortaq və fərqli xüsusiyyətləri üzə çıxarılır, sazın, tarın pərdə quruluşu və səs sistemi yeni baxımdan tədqiqat predmetinə çevrilir. Kitaba daxil edilmiş not nümunələri Ü. Hacıbəyovun, V. Belyayevin, V. Krivonosovun, Bülbülün, M.S. İsmayılovun, B. Hüseynlinin əsərləri və folklor ekspedisiyaları zamanı toplanmış materiallar əsasında hazırlanmışdır.
Biblioqrafik təsvir
İmrani, Rafiq Hüseyn oğlu. Azərbaycan xalq musiqisinin nəzəri əsasları: monoqrafiya: 2 cilddə / R. H. İmrani, N. R. İmrani; elmi red. B. Qurbanov; AMEA Folklor İnstitutu I cild.- Bakı: Nurlan, 2013.- 216 s.