S. Sarayinin Sədinin "Gülüstan" poemasının tərcüməsi orta əsrlər qıpçaq türkcəsinin ən mükəmməl yazılı nümunəsi olub, ədəbi dilin çoxəsrlik tarixini özündə əks etdirir. Türkcələşmə hadisəsinin hələ geniş yayıldığı bir dövrün və mühitin əsəri olan "Gülüstan" tərcüməsi XIV əsr qıpçaq türkcəsinin ümumi mənzərəsini müəyyənləşdirməkdə, leksik və qrammatik qanunların istiqamətini izləməkdə, bu istiqamətin necə sabitləşdiyini aydınlaşdırmaqda mənbə rolunu oynayır.
Biblioqrafik təsvir
Həsənova, Aidə Ədib qızı. Seyfi Sarayinin "Gülüstan" tərcüməsinin dili / A. Ə. Həsənova; elmi red. N. Q. Cəfərov; red. O. Ə. Musayev; Azərbaycanda Atatürk Mərkəzi.- Bakı: Çaşıoğlu, 2005.- 176 s.