Kitab haqqında

Şux rənglərin təranəsi

Şux rənglərin təranəsi

Sərlövhə:
Şux rənglərin təranəsi
Müəllif:
Səməd Möhbəddin
Nəşr ili:
2011
Annotasiya:
Keçmiş Sovetlər birliyinin və Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov olduqca mürəkkəb və çətin bir yaradıcılıq yolu keçmişdir. Amma bu yolda qazandıqları itkilərindən çox olmuşdur. O, özünü ifadə üçün heç kəsə bənzəməyən yeni orijinal ifadə üslubları, formaları axtarıb tapmış, təsviri sənətdə özünəməxsus dəst-xətti, üslubu, rəng duyumu və seçimi ilə diqqəti çəkmişdir. Elə buna görə də milliliklə bəşəriliyin vəhdətində yaratdığı əsərləri sərhədləri aşaraq dünyanın bir çox muzey və qalereyalarında, rəsm kolleksionerlərinin kolleksiyaları arasında özlərinə əbədi yer yaratmışdır. Beləliklə o, Şərqlə Qərb arasında mədəniyyət körpüsünün yaradıcılarından biri olmuşdur.

Biblioqrafik təsvir

Səməd, Möhbəddin. Şux rənglərin təranəsi / M. Səməd; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Çağdaş As, 2011.- 240 s.