Oxuculara təqdim olunan bu kitabça "Borçalılı bilim adamı, eğitimçi, şair Valeh Hacılar" adlı monoqrafiyanın kiçik bir bölümünü əhatə edir. Türk mifik motiv və inanışlarının Valeh Hacıların "Hərşənin ocağı" poemasında yer alması və Borçalı qarapapaqları arasında hələ də yaşaması türk etnik mədəniyyəti baxımından son dərəcə anlamlıdır.
Biblioqrafik təsvir
Alyılmaz, Səmra. Borçalı mifik təfəkküründən poetik gerçəkliyə: Valeh Hacıların "Hərşənin ocağı" poemasına dair araşdırma: monoqrafiya / S. Alyılmaz.- Tiflis: Gürcüstan Yazıçılar Birliyi, 2004.- 44 s.