Təqdim olunan vəsaitdə Azərbaycanda arxeologiya elminin inkişaf mərhələləri, arxeoloji dövrlər, arxeoloji mədəniyyətlər və son yüz il ərzində respublika ərazisində aparılmış arxeoloji tədqiqatlar barədə kifayət qədər dolğun məlumat verilib. Son onilliklərdə Azərbaycanın müxtəlif yerlərində aparılmış arxeoloji tədqiqatlar və onların ən mühüm nəticələrinin ilk dəfə olaraq bu formatda təqdimatı dərs vəsaitinin əsas üstünlüyü kimi dəyərləndirilə bilər.
Cəbiyev, Qafar Cəfər oğlu. Azərbaycan arxeologiyasının əsasları: dərs vəsaiti / Q. C. Cəbiyev; red. V. H. Əliyev; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: Elm və təhsil, 2018. - 596 s.