Kitab haqqında

Hüseyn Ərəblinski

Hüseyn Ərəblinski

Sərlövhə:
Hüseyn Ərəblinski
Müəllif:
Qaraca Bəxtiyar
Nəşr ili:
2017
Annotasiya:
Azərbaycanda peşəkar teatrın formalaşması və inkişafından söz düşəndə adı ön sırada çəkilən şəxsiyyətlərdən biri də Hüseyn Ərəblinskidir. Milli teatrımızın ilk tragik aktyoru olan bu böyük sənətkarın həyat və yaradıcılığı, həmçinin faciəli ölümü o dövrdə olduğu kimi, indi də ədəbi ictimaiyyət tərəfindən araşdırılmaqdadır. Ayrı-ayrı vaxtlarda qələmə alınan elmi tədqiqatlardan, dövri mətbuatda çap olunmuş materiallardan, müasirlərinin xatirələrindən istifadə edilməklə hazırlanan bu kitabda Hüseyn Ərəblinskinin əvəzsiz xidmətləri ilə yanaşı, həm də ziddiyyətlərlə dolu həyat yolundan söhbət açılır.

Biblioqrafik təsvir

Qaraca, Bəxtiyar. Hüseyn Ərəblinski / B. Qaraca.- Bakı: Şərq-Qərb, 2017.- 128 s.