Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun bu kitabı onun müxtəlif illərdə yazdığı, dillər əzbəri olan şeirləri əsasında tərtib olunub. Bu şeirlər görkəmli söz ustadını oxuculara bir daha incə və kövrək qəlbli insan, xalqımızın çoxəsirlik mədəni irsini dərindən mənimsəmiş, bu irsi təbliğ və inkişaf etdirməyi həyatının mənasına çevrilmiş bir şair və vətənpərvər kimi təqdim edir.
Biblioqrafik təsvir
Yaqub, Zəlimxan. Gözlərimin nurudu doğulduğum bu torpaq: şeirlər / Z. Yaqub; tərt.-red. İ. Akifqızı.- Bakı: Pedaqogika, 2005.- 208 s.