Kitab haqqında

Azərbaycan XX əsrin əvvəllərində

Azərbaycan XX əsrin əvvəllərində

Sərlövhə:
Azərbaycan XX əsrin əvvəllərində
Müəllif:
Seyidzadə Dilarə Bağır qızı
Nəşr ili:
2004
Annotasiya:
XIX əsrin sonu- XX əsrin əvvəlləri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biridir. İslahatlardan sonrakı çar Rusiyasında baş verən əsaslı ictimai- siyasi və iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda əmələ gəlmiş sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarından tam istifadə etməsi üçün mübarizəyə başçılıq etdilər. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına doğru aparan dövrün tədqiq olunduğu bu kitabda XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapmışdır.

Biblioqrafik təsvir

Seyidzadə, Dilarə Bağır qızı. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar / D. B. Seyidzadə; red. A. Həsənov.- İşlənmiş, əlavələr olunmuş II nəşri.- Bakı: OKA Ofset, 2004.- 348 s.