Kitab haqqında

Qırmızı qar

Qırmızı qar

Sərlövhə:
Qırmızı qar
Müəllif:
İsmayıl Anar
Nəşr ili:
2017
Annotasiya:
XVII əsrdə Səfəvilər dövlətinin hökmdarı II Şah Abbasın zamanında xalqın şikayətlərini dinləmək üçün müstəsna səlahiyyətləri olan Ədalət Divanı qurulur. Bu Divan insanların şikayətlərini qəbul edir və araşdırmaq üçün bir nəfər şah qulamı və bir nəfər də katib (mirzə) göndərir. Romandakı hadisələr bu araşdırmaların birindən bəhs edir. Vərəsəlik şikayəti ilə bağlı Savə şəhərinə göndərilən qulam Barsoğlu Yunis və mirzə İman Zülqədər mülk bölgüsünü həll etmək istəsələr də tezliklə bir cinayəti ortaya çıxarırlar. Qatili məlum olmayan bu cinayət tam aydınlanmamış başqa qətl hadisələri baş verir. Qədim ipək ticarəti, gizli təşkilatlar, siyasi mübarizələrlə dolu romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır.

Biblioqrafik təsvir

İsmayıl, Anar. Qırmızı qar: tarixi-detektiv roman / A. İsmayıl.- Bakı: Qanun, 2017.- 192 s.