Dərsliyin birinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa standartları nəzərə alınmaqla fiziologiyanın inkişaf tarixi, əsas anlayış və prinsipləri, hüceyrə fiziologiyasının əsasları, oyanan toxumaların fiziologiyası və ya elektrik oyanması ilə məlumatların nəql olunması, əzələnin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziologiyası, analizatorların fiziologiyası və daxili sekresiya vəziləri haqqında məlumat verilir. Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının fəaliyyət mexanizminin avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası, əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilməsidir.
Biblioqrafik təsvir
Əliyev, Əli Həsən oğlu. İnsan və heyvan fiziologiyası: dərslik / Ə. H. Əliyev, F. Ə. Əliyeva, V. M. Mədətova I hissə / red.: Ə. N. Fərəcov, Ş. M. Hacıyev.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2007.- 416 s.