Dərslik müasir dövrdə nəşriyyat işində baş verən fundamental dəyişikliklərin və rəqəmsal transformasiyanın elmi-praktik əsaslarını öyrənməyə həsr olunmuşdur. Əsərdə rəqəmsal texnologiyaların sürətli inkişafının nəşriyyat-informasiya fəaliyyətinə, kitab sənayesinə, redaktə və dizayn proseslərinə, eləcə də sosial media və marketinq mühitinə göstərdiyi təsir sistemi şəkildə təhlil edilir.
Abasova, Leyla Qabil qızı. Nəşriyyat-informasiya fəaliyyətində innovasiyalar: dərslik / L. Q. Abasova; elmi red.: K. İ. Aslan, Ə. Bayramov; Bakı Dövlət Universiteti.- Bakı: BDU nəşriyyatı, 2025.- 152 s.