Kitab müəllifin 2019-cu ildə nəşr etdirdiyi "Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri" əsərinin yenidən redaktə edilmiş və bir sıra yeni, maraqlı mövzularla zənginləşdirilmiş variantı olub, dünyada, o cümlədən Azərbaycan ərazisində daha çox yayılmış sinir xəstəliklərinin təsvir və təhlilinə həsr olunmuşdur. Burada sinir sisteminin damar, iltihabi və onkoloji xəstəlikləri, epilepsiya, parkinsonizm, periferik sinir sisteminin xəstəlikləri, nevroz və digər patologiyalar geniş şəkildə araşdırılmışdır. Kitabda təsvir olunan xəstəliklərin təsnifatı, kliniki gedişi diaqnostika və diferensial diaqnostikası, müalicəsi, proqnozu və profilaktikası barəsində ətraflı söhbət açılmışdır.
Biblioqrafik təsvir
Əhmədov, Fərhad Əlisa oğlu. Geniş yayılmış sinir xəstəlikləri / F. Ə. Əhmədov; elmi red. S. Q. Zeynalova.- Bakı: Kitabçapı. az, 2022.- 525 s.