Kitabda Azərbaycan xalqının qəhrəman oğlu, İran inqilabının görkəmli başçılarından biri Səttarxan başda olmaqla Cənubi Azərbaycanda 1905-1911-ci illərdəki inqilabi-demokratik hərəkatdan: əncumənlərin, silahlı mücahid (fədai) dəstələrinin, "İctimaiyyun-e amiyun" ("Sosial-demokrat") təşkilatının yaranması və onların fəaliyyətindən, 1907-1909-cu illərdə Təbrizdə silahlı üsyandan, Səttarxan başda olmaqla Cənubi Azərbaycanda inqilabi hökumətin yaranmasından, onun həyata keçirdiyi sosial-iqtisadi və inzibati tədbirlərdən, 1905-1911-ci illər İran inqilabı dövründə Azərbaycanın və azərbaycanlıların çox mühüm və aparıcı mütərəqqi rolundan danışılır.
Biblioqrafik təsvir
Həsənov, Nəriman Əllamə oğlu. Oyanmış Təbriz və Səttarxan / N. Ə. Həsənov; elmi red. Z. Abdullayev.- Bakı: Azərnəşr, 1986.- 192 s.