Kitab haqqında

Risalətün-nüshiyyə

Risalətün-nüshiyyə

Sərlövhə:
Risalətün-nüshiyyə
Müəllif:
Yunus Əmrə
Nəşr ili:
2013
Annotasiya:
Yunus Əmrənin “Risalətün-nüshiyyə” məsnəvisi insanı tanımaq və onu islami dəyərlərə uyğun əxlaq təlqin etmə məqsədi ilə qələmə alınmışdır. Risalədə ibrətamiz hekayələrlə insan qəlbinin mənfi xislətlərdən təmizlənməsi yollarından və nəfsin insanın başına gətirdiyi bəlalardan söhbət açılır. Əsərdən orta çağ təsəvvüf dünyagörüşü və əski türk inamlarının şairin yaradıcılığındakı yeri də məlum olur. “Risalətün-nüshiyyə” əsəri farscanın hökm sürdüyü bir dövrdə-XIII-cü əsrdə türk dilində qələmə alınması və ədəbiyyat tariximizdə türk dilində yazılmış ilk didaktik məsnəvi olması ilə xüsusi əhəmiyyət kəsb edir.

Biblioqrafik təsvir

Yunus Əmrə. Risalətün-nüshiyyə: [məsnəvi] / Yunus Əmrə; translit., ön sözün müəl. X. B. Hümmətova, red. S. M. Şıxıyeva; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və Təhsil, 2013.- 196 s.