Arxiv işi sahəsində işlədilən terminlərin məcmusu, arxivçiliyə dair anlayışlar sistemi arxivçilik terminologiyasını təşkil edir. Arxiv terminləri ölkəmizdə arxiv quruculuğuna paralel şəkildə arxiv təşkilatlarının iş təcrübəsi prosesində, eləcə də arxivşünaslıq sahəsindəki nəzəri fikrin inkişafı zəminində təşəkkül tapmışdır. "İzahlı arxiv terminləri lüğəti"ndə müasir arxiv xidməti sahəsində istifadə edilən 500-dən artıq işlək terminin definitiv tərifinə və şərhinə yer verilmiş, lüğətdə baş sözlər əlifba sırası ilə qara şriftlə düzülmüşdür. Lüğətdə Azərbaycan dilinin öz daxili imkanları hesabına yaranan terminlər, rus dilindən və rus dili vasitəsi ilə digər dillərdən, eləcə də birbaşa başqa dillərdən alınan terminlər daxil edilmişdir.
Biblioqrafik təsvir
Rəsulov, Əsgər Adil oğlu. İzahlı arxiv terminləri lüğəti / Ə. A. Rəsulov, H. Həsənov; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi.- Bakı: Elm və təhsil, 2019.- 112 s.