- Sərlövhə:
- İrəvana 7 məktub
- Müəllif:
- Orucov Hidayət
- Nəşr ili:
- 2004
- Annotasiya:
- Əsərin başlıca qayəsini bütün mənalı həyatını doğma xalqının tərəqqisinə, uğurlu gələcəyinə həsr etmiş, əməlləri, ideyaları və böyük adı ilə Azərbaycanı, xalqımızı daim şərəfləndirmiş dünya siyasət korifeylərindən biri, ümummilli liderimiz Heydər Əliyevin uca şəxsiyyəti və bu ucalığa Ermənistanda siyasi-ideoloji dairələrin, erməni ictimaiyyətinin paxıl, qısqanc, düşmən münasibətinin ifşası təşkil edir. Müəllif şəxsən özünün şahidi olduğu, iştirak etdiyi hadisələri qələmə almaqla, ötən əsrin 70-80-cı illərində İrəvanda, ümumən Ermənistanda mövcud olmuş siyasi-ideoloji, mənəvi-psixoloji ab-havanı, millətçi-şovinist mühiti, Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi prinsipial milli siyasətin və böyük quruculuq işlərinin Ermənistanda doğurduğu dərin sarsıntıları və qərəzi maraqlı, ibrətamiz faktlarla təsvir etmişdir.
Biblioqrafik təsvir
Orucov, Hidayət Xuduş oğlu. İrəvana 7 məktub = 7 писем в Иреван / H. X. Orucov; red. S. A. Nəzərli.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2004.- 168 s.- Azərbaycan və rus dillərində.