Dahi türk mütəfəkkiri Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı məşhur "Divanu lüğat-it-türk" əsərində təqribən 9 min söz, 318 sav, yəni atalar sözü və məsəl, 289 bənd və beyt (764 misra) şeir, onlarca siyasi, iqtisadi, hərbi termin, ad, ünvan, məişət əşyaları barədə ən müxtəlif məlumatlara, yüzlərcə heyvan və bitki, silah və çalğı alətinin adına rast gəlirik. Kitabda 200-dən artıq dərman növü, 30-dan çox xəstəlik adı, təqribən 40 yemək resepti, 30-dan çox ipək çeşidi öz əksini tapmışdır. Bütün bunlar türk mədəniyyət tarixi və etnoqrafiyası baxımından böyük dəyər daşıyan bilgilərdir. Bir sözlə, "Divanu lüğat-it-türk" min il əvvəlki türk həyatının ensklopediyasıdır.
Biblioqrafik təsvir
Əskər, Ramiz. Dahi türk dilçisi Mahmud Kaşğari: dərs vəsaiti / R. Əskər; elmi red. İ. Ə. Həbibbəyli; red.: S. Sadıqova, İ. Məmmədov; Türksoy - Uluslararası Türk Kültürü Təşkilatı, Bakı Dövlət Universiteti.- Bakı: Füyuzat, 2020.- 176 s.