Kitab haqqında

Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi

Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi

Sərlövhə:
Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi
Müəllif:
Məcidova Fatma
Nəşr ili:
2014
Annotasiya:
Monoqrafiya ərəb məhcər ədəbiyyatının korifeylərindən biri olan, Livanda anadan olmuş, Amerikada təhsil almış, lakin Şərq ruhuna daim sadiq qalaraq bütün yaradıcılığı boyu Şərq dəyərlərini tərənnüm etmiş Əmin ibn Faris ər-Reyhaninin (1876-1940) Ərəb Şərqi ilə bağlı ədəbi düşüncələrinin tədqiqinə həsr olunmuşdur. Əsər "Qərb-Şərq ədəbi əlaqələrinin öyrənilməsi" kontekstində mühüm əhəmiyyət daşıyır. Əmin ər-Reyhaninin ədəbi irsinin Azərbaycanda ilkin tədqiqatçısı olmuş görkəmli şərqşünas alim prof. Aida İmanquliyeva əsasən ədibin yaradıcılığında ərəb romantizminin təşəkkülünü ətraflı və dərindən araşdırmışdır.

Biblioqrafik təsvir

Məcidova, Fatma Arif qızı. Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi: monoqrafiya / F. A. Məcidova; elmi red. V. A. Cəfərov; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.- Bakı: Zərdabi LTD MMC, 2014.- 192 s.