Ölkəmizdəki iqtisadi inkişafında neft sənayesinin əhəmiyyətli yer tutması, neft mütəxəssisləri qarşısında daha ciddi və böyük tələblər qoyur. Məlumdur ki, hal-hazırda qazma texnologiyası çox təkmilləşdirilmiş, yeni geoloji-texnoloji tədqiqat stansiyaları quyu tikintisində geniş tətbiq olunaraq, müasir qazma qurğularına geniş yer verilmişdir. Lakin onu qeyd etmək lazımdır ki, indi yerin daha dərin qatlarında axtarış, kəşfiyyat və istismar quyuları qazılmaqdadır. Quyuların dərinləşməsi ilə əlaqədar olaraq bir çox geoloji və texnoloji məsələlər ortaya çıxır. Qarşıya çıxan məsələlərin operativ və düzgün həllində bu kitabın böyük köməyi ola bilər.
Biblioqrafik təsvir
Məstanov M.Ə. Qazma üzrə mühəndisın sorğu kitabı / M. Ə. Məstanov, A. X. İsmayılov.- Bakı: Qafqaz LTD, 2014.- 391 s.