Eyniadlı kitabın 2003-cü ildə çap olunmuş birinci nəşrində olan və bu kitaba da daxil edilmiş siyasi oçerklərdə maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübkeşi və himayəçisi olan Azərbaycan Prezidenti cənab Heydər Əliyevin ölkəmizin təhsil sisteminin son 34 illik inkişafı tarixindəki xidmətlərindən, müxtəlif mərhələlərdə, xüsusilə, ötən əsrin 80-ci illərində və müstəqillik dövründə əldə edilmiş uğurlarda, təhsil islahatının hazırlanması və həyata keçirilməsində böyük və əvəzsiz rolundan söhbət açılır. Təqdim olunan II kitabda həmçinin ümummilli liderimiz Heydər Əliyevin həyatının son günləri ilə bağlı məqalələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının siyasi fəaliyyətini əks etdirən materiallar verilmişdir.
Biblioqrafik təsvir
Mirzə, Valeh. Azərbaycan dövlətçiliyinin qoşa qanadı / V. Mirzə; bur. məsul Q. M. Əliyev; elmi red. Ə. Ə. Ağayev. II kitab / red. Ə. Behbudlu.- Bakı: Təhsil, 2006.- 344 s.