Beş fəsildən ibarət olan kollektiv monoqrafiya davamlı inkişafın sosial, fəlsəfi, iqtisadi və ekoloji problemlərinin araşdırılmasına həsr edilmişdir. Kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı Rusiya Federasiyası, Özbəkistan və Monqolustan alimlərinin də davamlı inkişafın fəlsəi problemlərinə həsr edilmiş məqalələri də yer almışdır. Kitaba daxil edilən məqalələrin on ikisi Azərbaycan, altısı Rus, dördü isə İngilis dillərində təqdim edilmişdir. Bu məqalələrin mövcud kollektiv monoqrafiyada birgə nəşr olunması, həm davamlı inkişaf fəlsəfəsinin qlobal xarakter daşıdığını, eyni zamanda tədqiq olunan mövzunun elmi aktuallığını göstərir. Kollektiv monoqrafiyanın bu formatda nəşr olunması və məqalə müəlliflərinə paylanması adları çəkilən ölkələr arasında elmi əlaqələrin genişlənməsində müsbət rol oynayacaqdır.
Biblioqrafik təsvir
Davamlı inkişafın sosial və fəlsəfi problemləri = Социально-философские проблемы устойчивого развития = Socio-philosophical problems of sustainable development: kollektiv monoqrafiya / AMEA Fəlsəfə İnstitutu; elmi red. S. Hüseynov.
I kitab / S. Hüseynov, Ə. Kərimov, Ş. Zeynalov [et al.].- Bakı: Elm və təhsil, 2020.- 312 s.- Azərbaycan, rus və ingilis dillərində.