Kitab haqqında

Şükürlər olsun

Şükürlər olsun

Şükürlər olsun
Sərlövhə:
Şükürlər olsun
Müəllif:
Hidayətoğlu Səhlədar
Nəşr ili:
2025
Annotasiya:
İstedadlı qələm sahibi, Qazax bölgəsi ədəbi mühitinin fəal iştirakçısı Səhlədar Hidayətoğlunun yeni şeirlər kitabı onun 60 illik yubileyi ərəfəsində nəşrə hazırlanıb. Beş tematik hissəyə bölünmüş məcmuədəki ilk şeir "Zəfər günü"dür. Bu və qələbə sevincli digər şeirlər 30 il öz torpaqlarının azadlığı həsrətində olan böyük bir xalqın fərəh və qürurunun ifadəsidir. S. Hidayətoğlu ən müxtəlif mövzulara müraciətində ciddi ömür təcrübəsi və dərin poetik düşüncələri ilə seçilir. Oxucu onun hər bir şeirində insanın Allah, təbiət və cəmiyyət qarşısında cavabdehliyə çağırışını duyur. Kitabda şairin 44 günlük Vətən müharibəsindən əvvəl və sonra yazdığı müxtəlif mövzularda şeirlər toplanb.

Biblioqrafik təsvir

Hidayətoğlu, Səhlədar. Şükürlər olsun: şeirlər / S. Hidayətoğlu.- Bakı: Mütərcim, 2025.- 136 s.