XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun farsca yazdığı "Əhsənüt-təvarix" əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətənimizin, istərsə də bir sıra yaxın və uzaq ölkələrin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyan bu salnamə ilk dəfədir ki, tam şəkildə Azərbaycan dilinə tərcümə edilir. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır.
Biblioqrafik təsvir
Rumlu, Həsən bəy. Tarixlərin ən yaxşısı (Əhsənüt-təvarix) / H. Rumlu; fars dilindən tərc. Ş. Fazil; elmi red. K. K. Şükürov; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. I cild.- Bakı: Elm, 2022.- 724 s.